Türkiyə klubu ölkə çempionatında iştirakdan imtina etdi

13:45 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin "Altınordu" klubu maliyyə problemi səbəbindən 2026/2027-ci illər mövsümündə II Liqada iştirak etməyəcəyini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilib.

İzmir təmsilçisi 2012-ci ildən etibarən "Altınordu" adını layiqincə təmsil etməyə çalışdıqlarını və bu müddətdə gənc futbolçuların yetişdirilməsi istiqamətində mühüm işlər gördüklərini vurğulayıb.

Bəyanatda aşağı yaş qruplarının fəaliyyətini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, “Altınordu” Çağlar Söyüncü ve Cengiz Ünder kimi tanınmış adları Türkiyə futboluna qazandırıb.