Sabiq rektor vəfat etdi - FOTO

14:00 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.

Hafta.az xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub./oxu.az/