Yazını böyüt
Yazını kiçilt
Ağstafa rayonu ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan hafta.az-a bildiriblər ki, rayon polis şöbəsində onlardan “Dragon” və “İJ” markalı 12 kalibrli ov tüfəngləri və ovlanmış dovşan aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.