Yazını böyüt
Yazını kiçilt
Ağstafa rayonunda gecə ərzində növbəti zəlzələ olub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən xəbərə görə, aprelin 4-də yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 kilometr şimal-şərqdə Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,2, dərinliyi 11 kilometr olub.
***
Qeyd edək ki, daha əvvəl saat 01:21-də Qazax stansiyasından 30 km şimal-şərqdə Ağstafa rayonun ərazisində zəlzələ qeydə alınıb.