Ağstafada iki minik avtomobili toqquşub

18:47 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində "Mitsubishi" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.