Aldadılan qadın sevgilisinə 1 ton soğan göndərdi

22:40 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində yaşayan Zao adlı qadın hərəkəti ilə dünya gündəminə düşüb.

Sevgilisi tərəfindən 1 il əvvəl tərk edilən qadın yaxın zamanda aldadıldığını da öyrənib.

O, keçmiş sevgilisini cəzalandırmaq üçün ünvanına 1 ton soğan göndərib. Soğanların üzərinə "günlərlə ağladım, indi də sıra səndədir" qeydini yazıb.

Qadın daha sonra yerli mediaya belə bir açıqlama verib: "Dostlarım dedi ki, ayrıldıqdan sonra heç üzülməyib. Mən isə evdə 3 gün ağladım. Qəlbimi qırmışdı. Buna görə evinə göndərmək üçün 1 ton soğan sifariş etdim. Pulum var. Göz yaşının dadını bilsin, istədim".

Yük maşını ilə göndərilən soğanın fotolarını sosial mediada paylaşan keçmiş sevgili isə belə dramatik davranışlarına görə Zaodan ayrıldığını deyib.