Yazını böyüt
Yazını kiçilt
Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda maraqla gözlənilən boks döyüşü baş tutub.
Hafta.az xəbər verir ki, Aleksandr Usiklə Tayson Fyuri arasında revanş görüşü keçirilib.
Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda keçirilən ilk görüşdə Usik Tayson Fyurini məğlub edərək mütləq dünya çempionu olmuşdu.
Bu görüşün mükafat fondu 190 milyon dollar olub. WBC, IBO, WBO, WBA (Super) və The Ring versiyaları üzrə dünya çempionu titulu uğrunda görüş 12 raund davam edib. Yekunda Usik qalib gəlib - 116:112.
Ukraynalı boksçu qələbəyə görə təqribən 100 milyon dollar mükafat qazanıb.