“Elə bir vəziyyətlə qarşılaşmışıq ki, ölkəyə turizm məqsədilə gələn insanlar uzun müddət burada qalmaq üçün müxtəlif qanunvericilik boşluqlarından istifadə edirlər. Bundan başqa, Avropanın bir çox ölkəsi öz miqrasiya qanunvericiliyini sərtləşdirir, həmçinin sığınacaq sistemindən sui-istifadənin qarşısını almaq məqsədilə fərqli mexanizmlər tətbiq olunur”.
Hafta.az-ın yazdlığına görə, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze “Aktual mövzu – Maka Tsintsadze ilə birlikdə” proqramında deyib. Bildirib ki, Daxili İşlər Nazirliyində qanun layihəsi üzərində iş illər ərzində davam edirdi.
“Bəzi miqrasiya axınlarının Gürcüstana yönəlməsi riski mövcuddur. Bundan başqa, cəmiyyət insanları öz ölkələrindən məcburi şəkildə köçməyə vadar edən dünyanın müxtəlif guşələrində çox ağır hadisələri, müharibələri və sair izləyir. Hər bir ölkə çalışır ki, qanunvericiliyi maksimum dərəcədə sərtləşdirsin və elə imkana malik olsun ki, ölkədə uzun müddət qalmaq məqsədilə sığınacaq sistemindən istifadə etməyə çalışan, əslində həmin ölkədə sığınacağa ehtiyacı olmayan insanlara qarşı qanuni tədbirlər görsün, öz ölkəsinin təhlükəsizliyini və maraqlarını qorusun” deyən nazir müavini qeyd edib ki, yeni inzibati cəza növü – ölkədən çıxarılma tətbiq olunur. Bu cəzadan məsələn, xırda xuliqanlıq, polisə tabe olmamaq, yığıncaq və nümayişlərin keçirilməsi qaydasının pozulması kimi konkret səhlənkarlıqlara yol verən insanlara qarşı istifadə olunur.
“Cəmiyyət görürdü ki, ötənilki aksiyalarda bir sıra xarici ölkələrin vətəndaşları iştirak edirdi, onlardan bəzilərini hətta parlament binasında saxladıq və biz müvafiq tədbirlər görməyə məcbur olduq. Bu, həmçinin ölkədə vizasız səyahət qaydalarını pozan şəxslərə qarşı da tətbiq olunacaq”, - Daraxvelidze bildirib.
Nazir müavininin qeyd etdiyi kimi, Cinayət Məcəlləsinə də yeni cəza növü əlavə olunur – ölkədən çıxarılma və müəyyən müddət ərzində ölkəyə girişi qadağan etmək. Bu cəza, sərhədi qanunsuz keçməyə və əcnəbinin törətdiyi istənilən başqa cinayətə görə tətbiqlənəcək.