Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib.
Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb ki, bu da ölkə ictimaiyyəti, xüsusilə də Şəhid ailələri, qazilər, əlillər tərəfindən böyük rəğbətlə qarşılanır.
Qarabağ Regional Təhsil İdarəsi üzrə Füzuli Rayon Təhsil Sektorunun metodisti, I Qarabağ qazisi II qrup əlil Elman Rzayev hafta.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandan həmişə dediyi sözün üstündə durub və inanıram ki, bundan sonra da duracaq.
“Onun bir əmri ilə 7-dən-77-yə qədər hər kəs bir müsəlləh əsgər kimi döyüşə getməyə hazır idi. Dəmir Yumruq buna şahiddir. Bildirmək istəyirəm ki, hörmətli Prezident, cənab Ali Baş Komandan daim Şəhid ailələrinə və qazilərə öz qayğısını əsirgəməyib. Onlar bütün sahələrdə diqqət mərkəzində olublar. Biz bu gün də özümüzü Ali Baş Komandanın bir əsgəri hesab edirik və bundan sonra da onun əsgəri olacağıq. Yaşasın Azərbaycan xalqı və onun Prezidenti İlham Əliyev. Qarabaq Azərbaycandır!”.
E.Rzayev bildirir ki, Birinci Qarabaq müharibəsində yaralanıb, ona II qrup əlillik dərəcəsi təyin olunub. Dövlət tərəfindən avtomobillə, evlə təmin olunub. Hazırda isə Qarabağ Regional Təhsil İdarəsi üzrə Füzuli Rayon Təhsil Sektorunda metodist işləyir.
“Bu cür humanist addımlar Vətən uğrunda canını, qanını verən insanlara bir dəstək olmaqla yanaşı, gələcək üçün çox yüksək örnəkdir, nümunədir. Hər bir gənc görür ki, o, Vətəni qoruduğu kimi, dövlət də onu sevib qoruyur və qoruyacaq”.