Alimlər qadın sonsuzluğunun yeni səbəbini müəyyən ediblər

16:22 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Tsinghua Universitetinin tədqiqatçıları Eif4enif1-də olan genetik dəyişikliklərin yumurtalıqların disfunksiyasına səbəb ola biləcəyini aşkar ediblər. Nəticələr Development jurnalında dərc olunub.

Məlumdur ki, yumurtanın yumurtalıqdan fallopiya borusuna keçdiyi yumurtlama prosesi olmadan hamiləlik mümkün deyil. Çin alimləri müəyyən ediblər ki, Eif4enif1 genindəki mutasiya yumurtalıqların yumurta istehsal etmə qabiliyyətini maneə törədir və bu da sonsuzluğa səbəb olur. Xüsusilə, bu cür DNT zədələnməsi yumurtanın içərisindəki mitoxondrilərin fəaliyyətinə təsir göstərir. Mitoxondriya da daxil olan qida maddələrini enerjiyə çevirmək funksiyasını yerinə yetirdiyi üçün güc mərkəzləri adlanır.