Yeni bir araşdırma, hörümçəklərin çox uzun müddət yemək yemədiyi halda görmə qabiliyyətini itirməyə başladığını ortaya qoydu.
Hafta.az-ın "Science Alert"ə istinadən yazdığına görə, məlum olub ki, hörümçəklərdə müşahidə edilən bu görmə itkisi insanlarda yaşa bağlı makula degenerasiyasından çox da fərqlənmir. Bu o deməkdir ki, tədqiqat insanlarda yaşa bağlı görmə itkisi üçün müalicələrin inkişafına yol aça bilər.
ABŞ-ın Kinkinnati Universitetinin bioloqu Elke Buşbeçk və həmkarları iri gözlərindəki işığa həssas fotoreseptorlar sayəsində ovunu aşkar edən hörümçək növünü tədqiq ediblər. Elmi adı Phidippus audax olan bu heyvana tez-tez atlayan hörümçək deyilir.
Laboratoriyada aparılan təcrübələr, hörümçəklərin kifayət qədər qida almadıqları zaman fotoreseptorlarını itirdiklərini ortaya çıxarıb.
Tədqiqat qrupu hörümçəklərin ön yan gözlərində aclıqdan qaynaqlanan tor qişanın zədələnməsini araşdırmaq üçün xüsusi oftalmoskopdan (oftalmoloqların gözün içini yoxlamaq üçün istifadə etdiyi alət) istifadə edib.
"Tədqiqatımda qida maddələrindən məhrum olan 9 hörümçək müntəzəm qidalanan 12 hörümçəklə müqayisə edilib və iki qrupun gözündə fotoreseptorların sıxlığı araşdırılıb. Ac qalan hörümçəklərdə zədə daha çox fotoreseptorların ən sıx olduğu gözün hissəsində aşkar edilib. Fotoreseptorlar enerji baxımından baha başa gəlir" deyib Buşbeçk. Onun sözlərinə görə, enerji ehtiyaclarını qarşılamaq çətindir. Onlar qidadan məhrum edilsələr, sistem çökəcək. Bu, gözlərdəki makulanın funksional ekvivalentidir.
"Bu hörümçəklərdə fotoreseptorların itirilməsi insan gözünün makula bölgəsində baş verənlərə çox bənzəyirdi. Makula gözün arxa divarındakı torlu qişada diametri 4-5 millimetr olan bir sahədir. Bu sahədə rəngarəng və dəqiq görmə yaranır. Əvvəllər insanlarda yaşa bağlı makula degenerasiyasının maddələr mübadiləsi ilə əlaqəli ola biləcəyi proqnozlaşdırılırdı. Hörümçəklərin tapıntıları bu inamı daha da gücləndirdi" yazan "Vision Research" elmi jurnalında dərc olunan tədqiqatın həmmüəllifi Annette Stovasser, "Qida maddələrinin çatışmazlığının bu təsirə malik olması faktı, qida qəbulunun təsirlərinə ciddi diqqət yetirilməli olduğunu göstərir" deyib.
Tədqiqatçılar ümid edirlər ki, tapıntılar gələcəkdə insanlara da tətbiq oluna bilər.