Almaniya ilə diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur

13:40 20.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə paylaşım edib.

Hafta.az-ın məlumatına görə, Azərbaycan XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:

"Bu gün Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Almaniya Federativ Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Almaniya əməkdaşlığının daha da möhkəmlənməsini gözləyirik".