Almaniya kansleri koronavirusa yoluxub

17:20 26.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolz koronavirusa yoluxub.

Hafta.az bildirir ki, onun sözçüsü Steffen Hebestrait dpa xəbər agentliyinə bildirib.

Kanslerin yüngül simptomları olduğunu və dərhal özünü təcrid etdiyini söyləyib. Hebestrait deyib ki, o, bu həftə bütün ictimai çıxışlarını ləğv edib, lakin hökumətin daxili iclaslarında virtual olaraq iştirak etməyi planlaşdırır.

Şolz Körfəz ölkələrinə iki günlük rəsmi səfərdən bazar günü qayıdıb və bundan əvvəl Nyu Yorkda BMT Baş Assambleyasında olub.

Oxunma sayı 1641