Almaniyanın müdafiə naziri Boris Pistorius jurnalistlərə bildirib ki, Almaniya 3-4 aydan tez olmayaraq Kiyevə Leopard 2 tankları tədarük edəcək.
Nazir həmçinin əlavə edib ki, Almaniya müttəfiqləri ilə koordinasiyalı şəkildə Ukraynaya dəstək üçün bütün tədbirləri görür.
Xatırladaq ki, çərşənbə günü Almaniya hökuməti Almaniyanın “Leopard 2” tanklarını Ukraynaya təhvil vermək qərarına gəldiyini açıqlamışdı. Almaniya iki tank batalyonu yaratmağı planlaşdırır. Birinci mərhələdə Bundesverin ehtiyatlarından 14 Leopard 2 tipli A6 tankından ibarət hissə veriləcək. Bundan əlavə, yaxın vaxtlarda Ukrayna hərbçilərinin Almaniyada təlimi təşkil olunacaq. 14 tank və təlimdən əlavə, Almaniyanın Ukraynaya yeni yardım paketi logistika, sursat və sistemlərə texniki xidmət göstərəcək.