Yazını böyüt
Yazını kiçilt
Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin yaxın vaxtlarda Ukraynaya iki IRIS-T hava hücumundan müdafiə sistemi göndərəcəyini bildirib.
O, həmçinin bildirib ki, Almaniya Kiyevə tədarük etmək üçün “Gepard” özüyeriyən zenit silahı üçün sursatların istehsalını qurur.
Bundan əvvəl “Politico” qəzeti Ukrayna hökumətindəki mənbələrə istinadən xəbər vermişdi ki, bu həftə ABŞ Ukraynaya yeni yardım paketi elan edəcək, lakin bu paketə F-16 qırıcıları və ya uzaq mənzilli ATACMS raketləri daxil olmayacaq.