Almaniyanın iki günlük silah ehtiyatı var

12:48 10.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Müharibə baş verərsə, alman qoşunlarının hazırda mövcud olan sursat ehtiyatı bir-iki günlük döyüş üçün kifayət edəcək. Hafta.az xəbər verir ki, bu barədə Bundestaqın və hərbi sənayenin adları açıqlanmayan nümayəndələrinə istinadən xarici KİV məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, vəziyyət Ukraynaya silah tədarükü ilə bağlıdır. Bundestaqın müdafiə məsələləri üzrə komissarı Eva Heqlin dediyi kimi, Almaniya təkcə sursatların alınmasına əlavə 20 milyard avro xərcləməli və “çox səy göstərməli” olacaq.

Öz növbəsində, Alman Təhlükəsizlik və Müdafiə Sənayesi Federal Assosiasiyasının (BDSV) icraçı direktoru Kristof Atzpodien vurğuladı ki, “Alman ordusunun ehtiyatlarından döyüş sursatı və eyni zamanda müvafiq müqavilələr bağlanarsa belə, vəziyyət yaxşılaşmayacaq".

NATO qaydalarına görə, alyansa üzv olan ölkələrdən 30 günlük hərbi əməliyyatlar üçün lazım olan sursat miqdarı tələb olunur.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl Berlin Kiyevə öldürücü silah verməkdən imtina etmişdi. Daha sonra Almaniya hakimiyyəti öz siyasətinə yenidən baxdı.