Almanlar yay istirahət üçün Türkiyəni seçdilər

10:48 05.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyadan ən çox rezervasiya edilən 10 istirahət məkanı arasında Türkiyə İspaniyanı keçərək birinci olub.

Hafta.az-ın yazdığına görə, Alman Səyahət Agentlikləri Birliyinin (DRV) verdiyi açıqlamada, ölkədə tətil paketləri üçün erkən rezervasiyaların yanvarın sonunda ötən ilə nisbətən yüzdə 30 artdığı bildirilib.

Açıqlamada, 2019-cu ilin yay dövrü ilə müqayisədə rezervasiyaların sayının 11 faiz artdığı, lakin bunun hələ də Covid-19-dan əvvəlki səviyyədən 17 faiz aşağı olduğu qeyd edilib.

Türkiyənin bu il Almaniyadan yay tətili üçün ən çox rezervasiya edilən 10 tətil məkanı arasında birinci olduğu bildirilib: “2024-cü ilin yayında ən populyar paket tətil məkanları arasında Türkiyə və xüsusən də Antalya ətrafı artıq İspaniyanı geridə qoyub və sıralamada ilk yeri tutub. Bu ölkə uşaqlı ailələr arasında xüsusilə məşhurdur".

Açıqlamada Türkiyənin ardından İspaniya, Yunanıstan və Misirin gəldiyi bildirilib.