Almanların 73 faizi öz hökumətlərinə güvənmir

11:20 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada respondentlərin 73 faizi hökumətin üzərinə düşən vəzifələri yerinə yetirə bilməyəcəyini düşünür. Hökumətin ən çox çətinlik çəkdiyi sahələr kimi miqrasiya, təhsil, iqlim və ətraf mühit önə çıxıb.

Hafta.az-ın yazdığına görə, Almaniya Dövlət Qulluğu Assosiasiyası dövlət xidmətləri ilə bağlı suallara dair sorğu keçirib. Hər il təkrarlanan sorğuda bu il dövlət qurumlarının göstəriciləri ötən illə müqayisədə aşağı olub. Respondentlərin yalnız 27 faizi hökumətin üzərinə düşən vəzifələri yerinə yetirmək iqtidarında olduğunu düşünür. Almaniya hökumətinin mandatını yerinə yetirmək üçün mübarizə apardığı hesab edilən sahələr immiqrasiya, təhsil və iqlim dəyişikliyi ilə mübarizədir.

Respondentlərin 80 faizi cəmiyyətdə amansızlığın olduğunu və bunun getdikcə artdığını düşünür.

Sorğuda iştirak edən dövlət qulluqçularının 54 faizi təhdid, təhqir və fiziki hücumlara məruz qaldıqlarını bildirib. Digər tərəfdən, yüzdə 26-sı bu hücumlara şəxsən şahid olduqlarını bildirib.

Dövlət Qulluqçuları İttifaqı sorğuya əsaslanaraq bildirir ki, “hakimiyyətə inam azalıb və bu vəziyyət narahatlıq doğurur”. Həmçinin “cəmiyyətin getdikcə görünən seqreqasiyasının xüsusilə narahatlıq doğurduğu” qiymətləndirilib.