Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov koronavirusa yoluxub.
Hafta.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
O, həmçinin həyat yoldaşının da koronavirusa yoluxduğunu qeyd edib.
"Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımın səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Evdə hökm sürən gərginlik təbii ki, uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib", - deyə İ.Abbasov yazıb.