Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millinin Ukrayna Silahlı Qüvvələrinin (UAF) çətin ki, Rusiya qüvvələrini bütün işğal olunmuş ərazilərdən “çıxmağa məcbur edə bilsin” sözlərindən sonra qəzəblənib. Bu barədə “Politico” mənbələrə istinadən yazır.
Bundan əlavə, Kiyev Amerika kəşfiyyatının münaqişənin gedişi ilə bağlı səhvlərindən hiddətlənib.
Daha əvvəl Politico yazıb ki, Pentaqonun məxfi brifinqində Ukrayna Silahlı Qüvvələrinin Krımı ələ keçirməsi imkanları müzakirə olunub. “Məsələ ondadır ki, Ukraynanın qeyri-qanuni ilhaq edilmiş əraziləri geri almaq üçün hücumda qələbəsi təmin edilmir”, - nəşrin mənbələrindən biri qeyd edib.