Ana və iki azyaşlı uşağı qətlə yetirilib

18:10 20.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Nizami rayonunda qətl hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu gün yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölüb.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı cinayət işi başlanıb və istintaq tədbirləri görülür.