ANAMA ötən həftə işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqladı

16:05 07.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mayın 31-dən bu günə qədər işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan hafta.az-a verilən xəbərə görə, mayın 31-dən iyunun 5-dək işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 224, tank əleyhinə 36 mina, 42 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bu müddət ərzində 159 ha ərazi mina və PHS-lərdən təmizlənib.