Anar Qafarov DİN-də şöbə rəisi təyin edildi

13:20 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

Hafta.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xidmətin inspektoru, polis mayoru Anar Qafarov mətbuat xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Oxunma sayı 68