Ankara Tbilisiyə yeni zirehli transportyorlar verəcək

21:18 07.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Türkiyədən NATO tipli yeni zirehli transportyorlar alacaq, Hafta.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Nəqliyyat vasitələrinin tədarükü ilə bağlı müqavilə Türkiyə Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ASFAT şirkəti ilə imzalanıb.

“Gürcüstan Müdafiə Qüvvələrinin bu zirehli maşınla təchiz edilməsi Gürcüstanın müdafiə bacarıqlarının gücləndirilməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək”, - deyə məlumatda bildirilir.