Rusiya vətəndaşları sentyabr ayında Türkiyədən 722 ev alıb. Bu, gündə orta hesabla 24 satış deməkdir.
Hafta.az-ın “Dünya” qəzetinə istinadən yazdığına görə, Rusiya vətəndaşlarını 327 evlə İran, 191 evlə İraq, 148 evlə Almaniya vətəndaşları izləyib.
Yanvar-sentyabr dövründə xaricilərə mənzil satışı keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azalaraq 28064-ə düşüb.
Bu ilin yanvar-oktyabr ayları dövründə Antalyada ümumilikdə 48150 ev satılıb ki, bunun 10372-sini əcnəbilər alıb. Xaricilərə ev satışında Antalyanı 8965 evlə İstanbul, 2176 evlə Mersin və 867 evlə Ankara izləyib.
Ötən il Rusiya-Ukrayna münaqişələrindən sonra yanvar-sentyabr ayları arasında Antalyada baş verən əcnəbilərə mənzil satışının intensivliyi bu ilin eyni dövründə baş verməyib. Keçən ilin yanvar-sentyabr dövründə 14656 olan əcnəbilərə ev satışı bu ilin eyni dövründə 10372-yə geriləyib.
Türkiyə daxilində sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə mənzil satışları 9,5 faiz azalaraq 102656 olub. İstanbul 15247 ev satışı və yüzdə 14,9 ilə ən yüksək paya sahibdir. Satış sayına görə, İstanbulu 9048 ev satışıilə Ankara, 5476 ev satışı ilə İzmir izləyib. Ev satışının ən az olduğu vilayətlər 47 evlə Ərdahan, 55 evlə Hakkari və 77 evlə Bayburt olub. Yanvar-sentyabr dövründə mənzil satışları ötən ilin eyni dövrünə görə yüzdə 14,9 azalaraq 900074-ə enib. Sentyabrda əcnəbilərə mənzil satışı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 42 azalaraq 2930-a düşüb. Sentyabrda ümumi mənzil satışlarında əcnəbilərin payı 2,9 faiz olub. Xaricilərə mənzil satışında 1007 evlə Antalya birinci yeri tutub. Antalyanı 978 ev satışı ilə İstanbul və 211 ev satışı ilə Mersin izləyib.