Aqrar sığortaya dəyişiklik edilsin - Əli Məsimli

11:46 26.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Quraqlıq zəlzələ, sel, daşqınlar kimi təbii fəlakət qrupuna aid edilərək qanunvericiliyə dəyişiklik edilsin”.

Hafta.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bugünlü iclasında təklif edib.

Deputat bildirib ki, quralıq sel və doludan daha ciddi fəalkətlərə səbəb olur. Quraqlıq nəticəsində su ehtiyatları tükəndiyindən kənd təsərrüfatına ziyan vurur.

“Təklif edirəm, bununla bağlı aqrar sığortaya dəyişiklik edilsin və quraqlıq təbi fəlakət qrupuna daxil edilərək bundan ziyan çəkənlərin ziyanı sığorta ilə kompensasiya edilsin”.