Misirdən Maltaya 750 ton yanacaq daşıyan gəmi pis hava şəraiti səbəbindən Aralıq dənizində batıb.
Hafta.az-ın yazdığına görə, gəminin heyəti Gabes şəhəri çevrəsində Tunisin daxili sularına girmək üçün bu ölkədən təcili icazə istəsə də, tunisli səlahiyyətlilər onlara gəminin ancaqGabes körfəzi sahilinə 7 kilometr məsafədə dayanmağa icazə verilib.
Tunisin Ekologiya Nazirliyi bildirib ki, dənizdə dalğaların hündürlüyü iki metrdən yüksək olub və su gəmiyə dolub. Hazırda Tunisin Müdafiə, Daxili İşlər, Nəqliyyat nazirlikləri və Gömrük İdarəsi "bölgədə neft sızması nəticəsində mümükün fəlakətin yaranmasının qarşısını almaq üçün" fəaliyyətə başlayıblar. Ekologiya Nazirliyi hazırda vəziyyətin tam nəzarətdə olduğunu bildirib.
Gabes Limanı Təhlükəsizlik Şöbəsi tərəfindən verilən açıqlamaya əsasən, gəminin kapitanı gürcü, heyət üzvlərindən 4-ü Türkiyə, ikisi isə Azərbaycan vətəndaşıdır. Onlar sahil mühafizə qüvvələri tərəfindən xilas ediliblər, vəziyyətlərində narahatedici hal yoxdur.