Arayik Paşinyanı "hədələdi", Bakının təklifinə "yox" dedi

12:37 25.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində varlığını sürdürməyə çalışan separalçı rejim rəhbərliyi günlərdir «etiraz şousu» ilə diqqətləri üzərlərinə çəkməyüə çalışır. Azərbaycanın dialoq təklifinə yox deyən separatçı rejimin rəhbəri Arayik Arutyunyan bu dəfə Ermənistan baş naziri Nikol Paşinyana «xəbərdarlıq» edib. Həmçinin zəruri təchizat məhsullarının Bərdə-Ağdam-Xankəndi yolu ilə daşınması ilə bağlı rəsmi Bakının təklifinə də «yox» deyib.

Qarabağdakı erməniləri özünün girovuna çevirən separatçı rejimin «lideri» deyib ki, «öz müqəddəratını təyin etmək uğrunda mübarizəni davam etdirəcək» və Ermənistan hakimiyyətini Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatlarında «diqqətli olmağa» çağırıb.

Arutyunyan Azərbaycanın Bakıdan Bərdə-Ağdam yolu ilə ərzaq çatdırmaq təklifinə qarşı çıxıb.

Göründüyü kimi, artıq separatçı rejim özünün son çırpıntılarını edir. Şəxsi və separatçı maraqlar naminə başqalarının əlində alətə çevrilən xunta rejimi vəziyyəti gərginləşdirərək prosesin dinc axardan çıxmasına çalışır.  

Siyasət rubrikasından digər xəbərlər