Yazını böyüt
Yazını kiçilt
“Araz-Naxçıvan” komandası futbolçusu İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.
Klubdan hafta.az-a verilən məlumata görə, braziliyalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İ.Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.