Arif Qazıyev vəfat edib

21:00 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev bu gün 84 yaşında vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə apa-ya mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.

Qeyd edək ki, rejissor 1938-ci ildə anadan olub.

Arif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüıüb.