“ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

09:55 21.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 21-22-də Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə hafta.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 23-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

 

Qeyd olunub ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.