Aşırı ədviyyatlı cipslər şagirdləri xəstəxanalıq etdi

10:04 18.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyada orta məktəb şagirdi məktəbə "həddən artıq ədviyyatlı" kartof çipsləri gətirib. Çipsi yeyən lisey şagirdlərinin bəziləri ürək bulanması və ağız ətrafında şiddətli ağrılardan şikayətlənməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, şikayət əsasında məktəbə gələn polis 13 qız və bir oğlan şagirdi xəstəxanaya aparıb. Polis uşaqların şüurunun yerində olduğunu və simptomlarının yüngül olduğunu bildirib.

Qəlyanaltıların istehsalını həyata keçirən Isoyama Corp şirkəti bəyanat yayaraq, müştərilərinə yaratdığı "narahatçılığa" görə üzr istəyib və şagirdlərin tezliklə sağalmasını arzulayıb.

BBC-də yer alan xəbərə görə, "son dərəcə ədviyyatlı" çipsləri istehsal edən şirkət və şagirdlərin təhsil aldığı məktəb hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Çips paketinin üzərində “18 yaşdan yuxarı olanlar üçün”, “ehtiyatla istehlak edin” və “ağrıya səbəb ola biləcək qədər ədviyyatlı” kimi xəbərdarlıqların olduğu görülüb.

Mediada yayılan xəbərdə deyilirdi ki, xəstəxanaya yerləşdirilən oğlan şagird cipsləri məktəbə “sırf əylənmək üçün” gətirib.

Onların çipslərinin sərt acılığı Hindistanın şimal-şərqində yetişdirilən bhut jolokia kimi tanınan güclü "xəyal bibərindən" gəlir. Hindistanda və başqa yerlərdə reseptlərdə istifadə olunsa da, dünyanın ən acı bibərləri arasında olduğu bilinir. Şirkət insanlara “tək çips yeməməyi” tövsiyə edir və “həddindən artıq” yeyildikdə ishala səbəb ola biləcəyini bildirir.