Astarada dənizdə batan uşağın meyiti tapılıb

09:19 23.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada dənizdə batan uşağın meyiti tapılıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, iyulun 22-də Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.