Yazını böyüt
Yazını kiçilt
Polşanın ATƏT-dəki sədrliyi Ermənistan və Azərbaycanı deeskalasiyaya çağırıb.
Hafta.az xəbər verir ki, bu barədə Varşavanın təşkilatdakı rəsmi nümayəndəliyinin səhifəsində deyilir.
Bəyanatda Ermənistan və Azərbaycan sərhədində hərbi əməliyyatların kəskinləşməsinin dərhal dayandırılmasının vacibliyi qeyd edilir.
Mətndə deyilir: “Diplomatik yolda əldə olunan uğurlar əldən buraxılmamalıdır”.
Qeyd edilir ki, ATƏT münqaişənin davamlı həllinə nail olmaq üçün kömək etməyə hazırdır.