Avqustun 18-dək güclü istilər olacaq - Xəbərdarlıq

16:07 11.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.