Yazını böyüt
Yazını kiçilt
Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib ki, Aİ xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketini müzakirə edirlər, TASS xəbər verir.
Asselborn bildirib ki, sanksiya siyahısına 50-dən çox fiziki və bir neçə hüquqi şəxs daxil ola bilər, xüsusən də İran Silahlı Qüvvələrinin elit bölmələrinin - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri qara siyahıda olacaq.
Daha əvvəl Asselborn iddia etmişdi ki, Avropa İttifaqı alyans ölkələrindən ən azı birinin məhkəməsi onun Avropada terror aktı törətdiyini müəyyən edənə qədər SEPAH-ı terror təşkilatları siyahısına daxil edə bilməz.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen artıq İİKK-nın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyib.