“Son 20 ildir Türkiyənin xarici siyasətində yenidən strukturlaşma prosesi gedir. Əvvəllər balans siyasətinə əsaslanan tamamilə reaktiv siyasət yürüdən və üzləşdiyi gündəmə uyğun formalaşan xarici siyasət vardı. 2017-ci ildən bu yana Türkiyənin xarici siyasətinin əsas və intellektual təməli yerlilik və millilikdir”.
Hafta.az-ın yazdığına görə, bunu Burdur Məhmət Akif Ərsoy Universitetinin doktoru, beynəlxalq əlaqələr üzrə mütəxəssis Anıl Çağlar Erkan deyib. O bildirib ki, müdafiə sənayesi turizm kimi mövzularda müstəqillik qazandıqda, xarici siyasətdə daha da güclənib. Türkiyə indi qlobal ərzaq böhranında belə reaksiya verməsi tələb olunan aktyor mövqeyinə yüksəlib. Cənab Erkan qeyd edib ki, bunu qida böhranında, Şərqi Aralıq dənizi məsələsində və sair Türkiyə artıq beynəlxalq siyasətin mərkəzinə çevrilib.
“Bütün bunları nəzərə alsaq, Avropa Birliyinin kənarda qaldığı bütün sahələrdə Türkiyənin proaktiv siyasəti işə düşür, rıçaq və hərəkətverici qüvvəyə çevrilir. Bu nöqtədə nəzərə alınmalı bir şey var: Belə olan halda Türkiyə Avropa İttifaqının qapısında gözləyir, yoxsa əksinə, Avropa İttifaqı özü Türkiyəyə yaxınlaşır? Gəlin NATO prosesini, qaçqın böhranını düşünək. Avropa bu məsələlərdə siyasi şou qurmaqdan o tərəfə gedə bilmədi. Türkiyə bunu görən siyasət yürütdüyü üçün İttifaqın qapısında gözləyən mövqedə deyildi. Türkiyə Avropa İttifaqının çatışmayan hissələrini tamamlamaq üçün həm siyasi, həm də hərbi baxımdan ağıllı güc istehsal edən aktyor ola bilər. Avropa İttifaqının bunu görə bilməməsi, əvvəllər də dediyim kimi, strateji korluqdan başqa bir şey deyil”, - deyib Anil Çağlar Erkan.
Politoloq bildirib ki, Avropa İttifaqı Türkiyəni kənarda saxlamağa davam edərsə, öz daxilində parçalanma ilə üzləşəcək. Onun sözlərinə görə, bütün bu məsələlər ittifaqın qarşısında artan problemlər kimi qalacaq. Türkiyəsiz bu problemləri həll etmək isə çox çətindir.