Bu gün Brüsseldə başlayacaq Aİ-nin iki günlük sammitində qəbul edilməli olan qətnamə layihəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına da toxunulub. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
“Avropa Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsiplərinə əsaslanan Ermənistan və Azərbaycan arasında sabit və davamlı sülhün bərqərar olunmasına kömək etməyə davamlı dəstəyini vurğulayır.
“Avropa İttifaqı Şurası Qarabağ ermənilərinin, o cümlədən öz evlərinə qayıtmaq istəyənlərin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayır.
Aİ Brüsselin normallaşma prosesini dəstəkləyir və tərəfləri vicdanla iştirak etməyə və bu ilin sonuna qədər bu prosesi başa çatdırmağa çağırır”, mətnini “Azadlıq” radiosunun əldə etdiyi sənəd layihəsində deyilir.