Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi "Avropa nağılları"nı təqdim edir

14:25 25.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" layihəsini təqdim edir. Nümayəndəlik bu sosial layihə çərçivəsində Avropa İttifaqına 27 üzv dövlətdən nağıl və əfsanələri Azərbaycan dilinə çevirib. Rəngarəng kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq.

Hafta.az yazırki, kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat almağa, köklərini və ənənələrini və Avropa dəyərlərini öyrənməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun.

Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi üzv dövlətlərin Səfirlikləri ilə birlikdə, səfirlər və digər diplomatlar tərəfindən danışılan nağılların video versiyalarını hazırlayıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Video-nağıllar 25 Avqust 2021-ci ildən etibarən Nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ facebook səhifəsində hər gün yayımlanacaq. Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin İnternet səhifəsində mövcuddur.