Yazını böyüt
Yazını kiçilt
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda cavab oyununa çıxıb.
Hafta.az xəbər verir ki, son ölkə çempionu II mərhələnin cavab oyununda Lüksemburqun “Differdanj” kollektivi ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 26:25 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ötən gün baş tutan ilk oyunda da Ağdam təmsilçisi 27:24 hesabı ilə rəqibini üstələmişdi.
Qeyd edək ki, III raundun matçları oktyabrın 10-dan 16-dək keçiriləcək.