Avropa Kubokunda iştirak edəcək qadın cüdoçularımız məlum olub

22:16 26.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

28–29 mart tarixlərində Polşanın Poznan şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Hafta.az bildirir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 3 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Turnirdə 21 ölkədən 279 idmançı mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar
-52 kq

Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova

-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva

-63 kq
Nilgün Rzayeva