Avropa liderləri İrpen şəhərinin dağıntıları ilə tanış olublar

15:16 16.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada səfərdə olan Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus Yoxanis İrpen şəhərində olublar.

Hafta.az xəbər verir ki, İrpinə səfərləri zamanı dörd Avropa ölkəsinin liderlərinə şəhərin hərbi əməliyyatlardan öncəki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər və videolar nümayiş etdirilib.

Mario Draqi İrpinin yerli hakimiyyət orqanlarına müraciət edərək, bütün dünyanın onların tərəfində olduğunu bəyan edib.