Avropa Şurasının prezidenti ilə Putin Qarabağı müzakirə ediblər

15:13 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Hafta.az-ın məlumatına görə, bu barədə Ş.Mişel "Twitter" səhifəsində yazıb.

Tərəflər regionda sülhün qorunması üçün etimadın və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıblar.