Avropa Xəbər Agentlikləri Alyansının yeni prezidenti seçilib

13:32 26.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Afinada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti Baş Assambleyası keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Alyansın üzvü olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edib.

Baş Assambleyada gizli səsvermə yolu ilə Alyansın yeni prezidenti ANSA agentliyinin rəhbəri Stefano de Alessandri seçilib. Həmçinin İdarə Heyətinin yeni üzvü Yunanıstanın ANA-MPA agentliyinin baş direktoru Amilios Perdikaris olub.

Eyni zamanda, agentliklərin yekdil qərarı ilə Latviyanın LETA xəbər agentliyi EANA-ya üzv qəbul olunub.

Tədbirdə Norveçin NTB xəbər agentliyi yeni texnoloji layihəsinə görə "Maksim Minçev" Mükəmməllik Mükafatına layiq görülüb.

Baş Assambleyada müxtəlif profilli komitələrin hesabatları dinlənilib.