Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri bəlli olub

15:05 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropada koronavirusun yayılmasının ilkin mənbələrindən biri aşkar edilib.

Trend-in məlumatına görə, mütəxəssislər çoxlu sayda yoluxmanın Avstriyanın İşql dağ-xizək kurortundan qaynaqlandığını ehtimal edir.

Qeyd olunur ki, koronavirusa yoluxmuş Almaniya, Norveç, İsveç və Danimarka vətəndaşlarının əksəriyyəti bu kurortda istirahət edib.

 
İşql kurortu fəaliyyətini ötən həftə sonu dayandırıb.