Avropadan Rusiyaya sanksiya DALĞASI

16:33 22.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib ki, Aİ sanksiyaları "LXR" və "DXR"-nin tanınması qərarına “səs vermiş” şəxslərə, eləcə də bu regionlarda fəaliyyət göstərən təşkilatlara təsir edəcək. Hafta.az xarici mediaya istinadla xəbər verir.

"Bu sanksiyalar qərar qəbul edənlərə, həmin ərazilərin tanınmasına səs verənlərə qarşı yönəldiləcək. Bu, Krıma görə qəbul edilmiş (2014-cü ildə - red.) sanksiyalar paketindən fərqlidir. Bu sanksiyalar həmin bölgələrdə fəaliyyət göstərən təşkilatlara qarşı yönəldilib”.

Mamer vurğulayıb ki, “təkliflər (yeni sanksiyalarla bağlı – red.) sadəcə olaraq 2014-cü ildə Krımla bağlı vəziyyətdə təqdim olunan tədbirlərin əksi deyil”.