Yazını böyüt
Yazını kiçilt
Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq ölkənin Rusiya hakimiyyətinin cinayət məsuliyyətini tələb edən dövlətlər qrupuna qoşulduğunu açıqlayıb. O, bu barədə Twitter hesabında yazıb.
"Avstraliya Rusiya rəhbərliyinin məsuliyyət daşımasını təmin etmək üçün əsas tərəfdaşlar qrupuna qoşulub", - Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Onun fikrincə, belə bir qərar Avstraliyanın Haaqa Beynəlxalq Cinayət Məhkəməsində və Beynəlxalq Ədalət Məhkəməsində Kiyevə verdiyi dəstəyi tamamlayacaq.
Bundan əvvəl Avropa Parlamenti Ukrayna üzrə xüsusi tribunal yaradılması və təzminatların ödənilməsi üçün Rusiya aktivlərindən istifadə olunmasını tələb edən qətnamə qəbul edib.