Avtomobil təmiri sexində yanğın olub, 1 nəfər xəsarət alıb

14:15 02.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 222