Avtomobil yandı, yanğın binaya keçdi

19:48 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının qarşısında dayanan “Chery” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan binanın ikinci mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzilin eyvanının lambirdən ibarət üzlüyü əriyib.

Yaxınlıqda dayanan avtomobillər və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 1625