Avtomobillə vurulan piyada xəstəxanada ölüb

15:53 26.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, oktyabrın 25-də saat 10 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Mədətov idarə etdiyi “Lada-Granta” markalı avtomobillə yolu keçən paytaxt sakini Minəvvər Səfərovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.